RU

Lənkəranda təmir sexində partlayış: Usta reanimasiya yerləşdirilidi

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Lənkəranda avtomobil təmiri sexində partlayış olub.

"Report"un məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Füzuli küçəsində avtomobil təmiri sexində işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlının benzinlə ehtiyatsız davranması nəticəsində partlayış baş verib.

İ.Qasımlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Xəsarət alana ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən bildirilib ki, Lənkəranda maşın təmiri sexində ağır xəsarət alan usta 1991-ci il təvəllüdlü şəxs (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin çoxsaylı yanığı, üzün və hər iki qolun ll dərəcəli termiki yanığı diaqnozları təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda yaralının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
8
qaynarinfo.az

10Источники