RU

Türkiyə, Azərbaycan və Pakistan liderləri bir-biri üçün qardaşdan da yaxındırlar - Hakan Fidan

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan Prezidentiİlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəPakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin birlikdə əksolunduqları fotonu şərh edib.

Trend xəbər verir ki, şəkilAntalya Diplomatiya Forumu çərçivəsində çəkilib.

Forumun yekunlarına dair keçirilən mətbuat konfransında çıxışedən Fidan bildirib: "Əslində bu, bütün dünyaya qardaşlıqhəmrəyliyi mesajıdır".

Türkiyə diplomatiyasının rəhbərinin sözlərinə görə, üç liderarasındakı münasibətlər rəsmi protokol çərçivəsini xeyli aşır.

"Türkiyə, Azərbaycan və Pakistan liderləri bir-biri üçünqardaşdan da yaxındırlar. Bu, eyni zamanda onların təmsil etdikləridövlətlərin və xalqların ortaq duyğularının təzahürüdür", - deyə ovurğulayıb.

Избранный
19
8
az.trend.az

10Источники