AZ

"Türkiyə, Azərbaycan və Pakistan liderlərinin birliyi dünyaya mesajdır" - Fidan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərifin Antalya Diplomatiya Forumunda nümayiş etdirdiyi səmimiyyət bütün dünyaya mesajıdır.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair keçirilən brifinq zamanı deyib.

"Bu, qardaşların bütün dünyaya mesajıdır", - H. Fidan bildirib və qeyd edib ki, hər üç dövlət başçısı dostluq münasibətlərini dəfələrlə isbatlayıb:

"Bu dostluğu dəfələrlə isbatlayıblar və həmçinin təmsil etdikləri dövlətlərin xalqlarının hisslərini nümayiş etdiriblər. Regional problemlərin həllində müstəsna rolları, sülh və təhlükəsizlik naminə atdıqları addımlar bütün dünyanın diqqət mərkəzindədir. Buna görə də hər üç liderin birliyi bütün dünyaya növbəti mesaj idi".


Seçilən
1
12
azia.az

10Mənbələr