RU

Antalya Diplomatiya Forumu yekunlaşdı: Qlobal mesajlar verildi

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Cənubi Qafqazda sülhün təmin olunması üçün çox sıx fəaliyyətlərimiz var. Orta Dəhlizinin reallaşmasında bölgəmizin rolu son dərəcə önəmlidir. Çünki Cənubi Qafqazdakı stabillik bu dəhlizin təhlükəsizliyi baxımdan vacibdir. Zəngəzur dəhlizi Türkiyə üçün çox vacib marşrutdur. Bu mövzuda Avropa İttifaqı ilə də iş görürük. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra bütün bölgə ölkələri inkişaf edəcək. Buna çox yaxınıq.

Modern.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan beşinci Antalya Diplomatiya Forumunun (ADF 2026) yekununda mətbuata açıqlamasında ifadə edib. Daha sonra nazir tədbirin yekunlarına dair məlumat verib.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə reallaşan tədbir bu il “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusunda təşkil edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
9
modern.az

10Источники