“Təxminən bir il əvvəl bizim üçün aydın oldu ki, İran İslam Respublikası bizi məhv etmək məqsədilə nüvə bombası hazırlayır. Bu, əsassız iddia və ya təbliğat deyil”.
Turkustan.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Əgər biz qətiyyətlə və sərt şəkildə hərəkət etməsəydik, onlar artıq nüvə silahına sahib olardılar.
Biz məcbur qalıb addım atmalı olduq”, – deyə Baş nazir qeyd edib./Globalinfo.az