RU

Cəlilabadda ağır qəza oldu - 1 nəfər öldü, azyaşlılar yaralandı

Cəlilabad rayonunda ağır yol qəzası olub.

"Unikal" xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

"Kia" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Nəticədə avtomobildə olan Qaratel Əbdürrahmanova hadisə yerində dünyasını dəyişib.

Həmçinin, avtomobildə olan iki azyaşlı uşaq yaralanıb. Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Избранный
22
4
unikal.az

5Источники