RU

Hakim qərarları Hidayətin çempionluğuna mane oldu atasından etiraz

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan cüdoçusu Hidayət Heydərovun Avropa çempionatında qazandığı gümüş medal müzakirələrə səbəb olub.

BAKU.WS-in "Azerisport"a istinadən verdiyi məlumata görə, idmançının atası İnayət Heydərov final görüşündə hakim qərarlarından narazılığını ifadə edib.

O bildirib ki, oğlu yarış ərzində yaxşı çıxış etsə də, hakimlərin qərarları onun çempion olmasına imkan verməyib: "Görüşlər çox çətin keçdi. Hidayət yaxşı güləşdi. Amma hakimlər imkan vermədi ki, qalib olsun".

İnayət Heydərovun sözlərinə görə, finalda gürcü cüdoçu Laşa Şavdatuaşvili ilə qarşılaşan Hidayət daha əvvəl rəqibini bir neçə dəfə məğlub edib: "Hidayət onu 4 dəfə udub, Laşa isə bir dəfə də qalib gələ bilməyib. Buna baxmayaraq, xəbərdarlıq olmadığı halda qələbə rəqibə verildi".

Qeyd edək ki, final görüşündə məğlub olan Hidayət Heydərov Avropa çempionatını gümüş medalla başa vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
baku.ws

2Источники