Kişi voleybolçular arasında Yüksək Liqada Azərbaycan çempionu bəlli olub.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan final matçında "Xilasedici" və "Ordu" klubları qarşılaşıb.
Bu matçda "Xilasedici" rəqibinə 3:1 (24:26, 25:16, 27:25, 25:21) qalib gəlib. Bürünc medal isə "Murov Az Terminal"a 3:0 hesabı ilə qalib gələn "Neftçi"yə təqdim edilib.
Yekunda çempionatın ən yaxşı voleybolçularının adları və mövsümün rəmzi heyəti açıqlanıb:
“Ən dəyərli oyunçu” (MVP) – Reyes Rodriges (“Xilasedici”)
“Ən gənc və perspektivli oyunçu” – Fərhat Cenkel (“Murov Az Terminal”)
Rəmzi komanda:
“Ən yaxşı toppaylayıcı” – Roman Qurskiy (“Xilasedici”)
“Ən yaxşı hücumçu” – Aleksandr Popleteev (“Xilasedici”)
“Ən yaxşı hücumçu” – Willian Rabel (“ORDU”)
“Ən yaxşı libero” – Kənan Allahverdiyev (“ORDU”)
“Ən yaxşı orta oyunçu”– Gustavo Almora (“Xilasedici”)
“Ən yaxşı orta oyunçu”– Carabali Aleksadr (“Neftçi”)
“Ən yaxşı diaqonal oyunçu” - Romero Jose (“Neftçi”)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта