RU

Lukaşenko varisi haqqında DANIŞDI: "Mən dünyadan köçməmiş..."

Belarus prezidenti Aleksandr Lukaşenko özü dünyadan köçməmiş ölkədə hakimiyyət dəyişikliyi üçün heç bir problemin olmadığını bildirib.

Musavat.com xəbər verir ki, dövlət başçısı bu barədə RT telekanalına verdiyi müsahibəsində danışıb.

"Düşünürəm ki, mən dünyadan köçməmişdən və ya biz sizinlə birlikdə təqaüddə balıq tutmamışdan çox əvvəl burada normal bir insan (Belarusun yeni prezidenti) çalışacaq. Bizim çoxlu yaxşı, savadlı insanlarımız var", - deyə o qeyd edib.

Prezidentin fikrincə, yalnız "Qərbdəki axmaq insanlar" Belarusda hakimiyyət dəyişikliyinin qeyri-mümkünlüyü və gələcəkdə prezidentliyə iddialı olan hər kəsin dərhal cəzalandırılacağı barədə mülahizələr yürüdə bilər. Lukaşenko əminliklə vurğulayıb ki, "xalq necə qərar verərsə, elə də olacaq".

Belarus lideri xalqın iradəsinə uyğun olaraq seçilmiş yolla getməyə hazır olduğunu qeyd edib, lakin eyni zamanda "xalq istəməsə, zorla özünü sevdirə bilməzsən" prinsipini də xatırladıb.

Müsahibə zamanı Lukaşenko həmçinin ABŞ-ın demokratiyanı Belarusdan öyrənməli olduğunu bildirib. O, Qərbdəki insan haqları barədə danışıqları xarici siyasətçilərin əməlləri ilə ziddiyyət təşkil edən "boşboğazlıq" adlandırıb.

Musavat.com

Избранный
20
6
musavat.com

10Источники