RU

Almaniya millisində ciddi itki – Dünya çempionatına gedə bilməyəcək

Almaniya millisinin və “Bayern”in hücumçusu Serj Qnabri ciddi zədə alıb.

Msport.az xəbər verir ki, futbolçunun sağ budunun əzələsi qopub. Bu səbəbdən Qnabri 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq. O, yayda keçiriləcək dünya çempionatında da iştirak edə bilməyəcək.

30 yaşlı oyunçunun nə vaxt sıraya dönəcəyi müalicənin növündən asılı olacaq. Qnabri ya əməliyyat olmalıdır, ya da müalicə aparılacaq.

Qnabri bu mövsüm bütün turnirlərdə 37 oyunda 10 qol vurub və 11 məhsuldar ötürmə verib.

Избранный
25
msport.az

1Источники