RU

“Sumqayıt” bu gün Qəbələ ni sınağa çəkəcək

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Misli Premyer Liqasında XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək.Bizim.Media xəbər verir ki, əvvəlcə "Kəpəz" "İmişli"ni qəbul edəcək.Görüş Yevlax şəhər stadionunda, saat 15:30-da start götürəcək. Gəncə təmsilçisi turnir cədvəlində 21 xalla 10-cu yerdə qərarlaşıb. "İmişli" isə 26 xalla doqquzuncudur.

 

Turun son matçı isə Sumqayıtda təşkil olunacaq. Şəhərin eyniadlı komandası "Qəbələ"ni sınağa çəkəcək. Qarşılaşma saat 19:00-da təşkil olunacaq. Hazırda 32 xala malik "Sumqayıt" 7-ci pillədədir. 11-ci yerdə olan "Qəbələ"nin isə 19 xalı var.

Qeyd edək ki, daha əvvəl keçirilən matçlarda "Turan Tovuz" "Araz-Naxçıvan"ı (3:0), "Karvan-Yevlax" "Şamaxı"nı (1:0) üstləyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
39
2
bizim.media

10Источники