AZ

“Sumqayıt” bu gün "Qəbələ"ni sınağa çəkəcək

Misli Premyer Liqasında XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək.

Bizim.Media xəbər verir ki, əvvəlcə "Kəpəz" "İmişli"ni qəbul edəcək.

Görüş Yevlax şəhər stadionunda, saat 15:30-da start götürəcək. Gəncə təmsilçisi turnir cədvəlində 21 xalla 10-cu yerdə qərarlaşıb. "İmişli" isə 26 xalla doqquzuncudur.
 

Turun son matçı isə Sumqayıtda təşkil olunacaq. Şəhərin eyniadlı komandası "Qəbələ"ni sınağa çəkəcək. Qarşılaşma saat 19:00-da təşkil olunacaq. Hazırda 32 xala malik "Sumqayıt" 7-ci pillədədir. 11-ci yerdə olan "Qəbələ"nin isə 19 xalı var.


Qeyd edək ki, daha əvvəl keçirilən matçlarda "Turan Tovuz" "Araz-Naxçıvan"ı (3:0), "Karvan-Yevlax" "Şamaxı"nı (1:0) üstləyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.

Bizim.Media

Seçilən
10
2
bizim.media

10Mənbələr