RU

Xırdalanda "Toyota" 9 yaşlı uşağı vurub öldürüb

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Xırdalan şəhərinin 27-ci məhəllə ərazisində baş verib. İlkin məlumata görə, yolu keçmək istəyən 9 yaşlı piyada "Toyota" markalı minik avtomobili tərəfindən vurulub.

Ağır xəsarət alan azyaşlı dərhal tibb müəssisəsinə çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mətləb

Избранный
23
12
sia.az

10Источники