RU

Berlində 1,3 mindən çox ev işıqsız qalıb

BAKI, 19 aprel. TELEQRAF

Almaniyanın paytaxtı Berlində elektrik enerjisində yaranan nasazlıq nəticəsində 1,3 mindən çox ev təsərrüfatı işıqsız qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Bild nəşri "Stromnetz" Berlin şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, aprelin 18-də günorta və axşam saatlarında Berlin şəhərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Problemlər əsasən Şteqlits-Selendorf və Tempelhof-Şöneberq rayonlarını əhatə edib. Şirkət 22:00 radələrində Nikolassee (Selendorf) ərazisində nasazlıq qeydə alındığını bildirib. Nəticədə 1 314 ev təsərrüfatı işıqsız qalıb.

Şirkət nümayəndələri nasazlıqların gecə yarısına qədər aradan qaldırılmasının planlaşdırıldığını qeyd ediblər.

İlkin elektrik kəsintilərinin günorta saatlarından başladığı bildirilib. Belə ki, günün ikinci yarısında Marienfelde (Tempelhof) ərazisində baş verən nasazlıq saat 16:00-dan sonra başlayıb və təxminən iki saat davam edib. Problemin dəqiq səbəbi açıqlanmayıb.

Избранный
51
1
teleqraf.com

2Источники