RU

Ərəblərin cəlbedici təklifinə “yox” dedi - “Milan”dakı fransız

“Milan”ın yarımmüdafiəçisi Adrien Rabyo Səudiyyə Ərəbistanından gələn cəlbedici təklifi geri çevirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu fransalı futbolçuya yüksək maaşla müddəti 3 il olan müqavilə təklif etsə də, Rabyo bu variantdan imtina edib.

31 yaşlı yarımmüdafiəçi karyerasını “qırmızı-qaralar”da davam etdirmək niyyətindədir. Onun “Milan”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

O, cari mövsümdə Massimiliano Alleqrinin rəhbərlik etdiyi komandada bütün turnirlər daxil olmaqla 26 oyuna çıxıb, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Избранный
53
sportinfo.az

1Источники