RU

Premyer Liqa: "Sabah" "Qarabağ"a qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

"Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu Abdullah Xaybullayev vurub.

Bakı klubu 69 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən bir oyun az keçirən Ağdam təmsilçisi isə 56 xalla 2-ci sırada yer alıb.

Günün ilk görüşündə Yevlaxda "Karvan-Yevlax" "Şamaxı"nı qəbul edib. Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda meydan sahibi komanda 14 xalla sonuncu - 12-ci, qonaqlar isə 32 xalla 7-ci pillədə qərarlaşıb.

Избранный
30
11
azerbaijan-news.az

10Источники