RU

Dövlət qurumlarının əməkdaşları bilyard masası arxasında güclərini sınayıblar

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında bilyard yarışı keçirilib. Aprelin 18-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutan turnirdə 19 kişi əməkdaş qalibiyyət uğrunda mübarizə aparıb.

İdman.Biz xəbər verir ki, maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, kişilər arasında Toğrul Nəsirov (SOCAR) bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Rauf Əsgərov yarışı ikinci pillədə başa vurub. Digər FHN təmsilçisi Cavid Mustafazadə və Dövlət Reklam Agentliyinin əməkdaşı Fəxrəddin Vəliyev isə üçüncü yerləri bölüşüblər.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
icma.az

1Источники