RU

"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib

Türkiyə Super Liqasında XXX turun oyunları davam edir.

"Cebheinfo.az" xəbər verir ki, günün ilk matçında "Karagümrük" öz meydanında "Eyüpspor"u qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Lider "Qalatasaray" isə səfərdə "Gənclərbirliyi" ilə üz-üzə gəlib. 3 qolun vurulduğu matçda sevinən tərəf "sarı-qırmızılılar" olub - 2:1.

Qeyd edək ki, turnir cədvəlinə 71 xalla "Qalatasaray" başçılıq edir. Aktivində 67 xalı olan "Fənərbaxça" isə ikinci sırada qərarlaşıb.

"Cebheinfo.az"

Избранный
8
6
cebheinfo.az

10Источники