Ukraynanın paytaxtı Kiyevdə baş verən atışmada şübhəli bilinən şəxs öldürülüb.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə
Kiyev meri Vitali Kliçko bildirib. O qeyd edib ki, Demevka rayonunda baş verən hadisədə bir neçə ölüm və yaralanma halı baş verib:
“Silahlı şəxs Kiyevdə həbs olunarkən, özünü supermarketdə öldürülüb. Həmin şəxs bir neçə şəxsi girov götürüb və polisə atəş açıb .
Ukrayna prezidenti Vladimir Zelenski də bildirib ki, hadisə nəticəsində indiyə qədər beş nəfərin ölümü təsdiqlənib:
“10 nəfər xəsarət və travma ilə xəstəxanaya yerləşdirilib və dörd girov xilas edilib.
Baş prokuror Ruslan Kravçenko mətbuat açıqlamasında şübhəlinin Moskvada anadan olmuş 58 yaşlı bir kişi olduğunu bildirib. Məlumata görə, o, küçədə atəş açıb, sonra supermarketin içərisinə daxil olaraq, bir neçə şəxsi girov götürüb.
Aydın Baxış