Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ukraynanın paytaxtı Kiyevdə baş verən atışmada şübhəli bilinən şəxs öldürülüb.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə
Kiyev meri Vitali Kliçko bildirib. O qeyd edib ki, Demevka rayonunda baş verən hadisədə bir neçə ölüm və yaralanma halı baş verib:
“Həmin şəxs bir neçə şəxsi girov götürüb, polisə atəş açıb və həbs olunarkən, özünü supermarketdə öldürüb.
Ukrayna prezidenti Vladimir Zelenski də bildirib ki, hadisə nəticəsində indiyə qədər beş nəfərin ölümü təsdiqlənib:
“10 nəfər xəsarət və travma ilə xəstəxanaya yerləşdirilib və dörd girov xilas edilib.
Baş prokuror Ruslan Kravçenko mətbuat açıqlamasında şübhəlinin Moskvada anadan olmuş 58 yaşlı bir kişi olduğunu bildirib. Məlumata görə, o, küçədə atəş açıb, sonra supermarketin içərisinə daxil olaraq, bir neçə şəxsi girov götürüb.
Aydın Baxış
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.