RU

Özbəkistan "Yaşıl Dəhliz"i əsas enerji tərəfdaşlığı layihəsi kimi adlandırıb

Bakı. Trend:

Enerji sektorunda əsas əməkdaşlıq sahəsi Mərkəzi Asiyanın enerjisistemlərini Azərbaycan vasitəsilə Avropa ilə birləşdirməyi yönələn"Yaşıl Enerji Dəhlizi" layihəsidir.

Trend xəbər verirki, bu barədə Özbəkistan xarici işlər nazirinin müavini MüzəffərMədrahimov Antalya Diplomatiya Forumunda panel müzakirəsi zamanıbildirib.

"Günəş, külək və su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerjinin, eləcə də yaşıl hidrogenin inkişafı regionaləməkdaşlığın prioritet sahələrindən biridir. Həyata keçirilən vəplanlaşdırılan təşəbbüslər Özbəkistanı və bütövlükdə Orta AsiyanıAvrasiya üçün əsas enerji mərkəzinə çevirmək potensialına malikdir.Bu sahədə əsas layihə Mərkəzi Asiyanın enerji sistemləriniAzərbaycan vasitəsilə Avropa ilə birləşdirməyi hədəfləyən "yaşılenerji dəhlizi"dir", - deyə o qeyd edib.

Xatırladaq ki, 2025-ci ilin aprel ayında Azərbaycan, Qazaxıstanvə Özbəkistan arasında "yaşıl enerji dəhlizi"nin Mərkəzi Asiyayagenişləndirilməsi imkanını nəzərdə tutan Anlaşma Memorandumuimzalanıb. Bu layihənin həyata keçirilməsi regionun bərpa olunanenerji resurslarının, əsasən günəş və külək enerjisinin Azərbaycanvasitəsilə Avropa İttifaqının enerji sisteminə qoşulmasına imkanverəcək.

Избранный
37
1
az.trend.az

2Источники