Hindistan Xarici İşlər Nazirliyi Hörmüz boğazında baş verən insidentlə bağlı İranın Yeni Dehlidəki səfirini görüşə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə Hindistan XİN-in rəsmi nümayəndəsi Randhir Caysval jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüş zamanı nazir Hörmüz boğazında Hindistan bayrağı altında üzən iki ticarət gəmisinin atəşə tutması ilə bağlı dərin narahatlığını ifadə edib:
“Hindistan ticarət gəmiçiliyi və dənizçilərin təhlükəsizliyinə böyük əhəmiyyət verir. İranın hər zaman Hindistana istiqamətlənən gəmilərin təhlükəsiz keçidinə dəstək göstərib”.