Hazırda davam edən “Qarabağ” – “Sabah” matçında baş hakim Elçin Məsiyevin Ağdam təmsilçisinin qapısına təyin etdiyi penalti qərarı geniş müzakirələrə səbəb olub.
Redaktor.az xəbər verir ki, Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən oyunun 11-ci dəqiqəsində maraqlı hadisə yaşanıb.
Baş hakim Elçin Məsiyev Mateuş Silvanın Aaron Maludanı cərimə meydançasında yıxdığını hesab edərək “Qarabağ”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin penalti qərarı birmənalı qarşılanmayıb.
Oyunun 14-cü dəqiqəsində topun başına keçən “Sabah”ın legioneri Con Leys Mikels fürsətdən yararlanmağa çalışsa da, “Qarabağ”ın qapıçısı Mateuş Koxalski onun zərbəsini dəqiq hərəkətlə dəf etməyi bacarıb.
Penaltinin verilməsinə səbəb olan epizod: