RU

Azərbaycan və Albaniya ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər

BAKI, TurkicWorld

Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Albaniya Respublikasının Avropa və Xarici İşlər Naziri Ferit Hoca ilə görüşüb.

TurkicWorld Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ceyhun Bayramov albaniyalı naziri təyinatı münasibətilə təbrik edib və ona bu vacib vəzifədə uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub. Tərəflər siyasi dialoq, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya, turizm, təhsil və mədəniyyət sahələri üzrə fikir mübadiləsi aparıblar.

Enerji sektorunda əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında əsas amil kimi vurğulanıb. Dostluq, qarşılıqlı hörmət və qarşılıqlı faydalı tərəfdaşlığa əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

Çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və həmrəyliyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Regional və beynəlxalq təhlükəsizlik məsələlərinin həllində dialoq və diplomatiyanın rolu da vurğulanıb.

Избранный
6
10
turkic.world

10Источники