AZ

Azərbaycan və Albaniya arasında əməkdaşlıq gündəliyi müzakirə olunub - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Albaniya Respublikasının Avropa və xarici işlər naziri Ferit Hoxha ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Ceyhun Bayramov Albaniya nazirini bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən siyasi dialoq, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Energetika sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərin aparıcı amillərindən biri olduğu qeyd edilib.

Tərəflər arasında dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan əlaqələrin müxtəlif istiqamətlər üzrə daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, çoxtərəfli platformalarda, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın və həmrəyliyin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, regional və beynəlxalq səviyyədə təhlükəsizlik çağırışlarının aradan qaldırılmasında dialoq və diplomatiyanın rolu xüsusi qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



19:27

V Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Albaniya Respublikasının Avropa və xarici işlər naziri İqli Hasani ilə görüşüb.

APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Ceyhun Bayramov albaniyalı həmkarını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona bu mühüm vəzifədə uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.
Tərəflər siyasi dialoq, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya, turizm, təhsil və mədəniyyət sahələri ilə bağlı fikir mübadiləsi aparıb.

Enerji sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvələrindən biri olduğu vurğulanıb.
Münasibətlərin dostluq, qarşılıqlı hörmət və faydalı tərəfdaşlıq prinsipləri əsasında daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Eyni zamanda, çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və həmrəyliyin davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə regional və beynəlxalq təhlükəsizlik çağırışlarının həllində dialoq və diplomatiyanın rolu da xüsusi vurğulanıb.

Azərbaycan Azərbaycan Azərbaycan
Seçilən
2
10
apa.az

10Mənbələr