RU

Sürətli yemək qaraciyərdə yağ yığır



Sürətli yemək, xüsusən fast-fud qaraciyərdə yağ, piylənmə səviyyəsini əhəmiyyətli dərəcədə artırır.

Medicina.az xəbər verir ki, 4000 nəfərin iştirak etdiyielmi araşdırma, sürətli yeməklə yağlı qaraciyər xəstəliyi arasında güclü əlaqə olduğunu sübut etdi.

Sürətli yemək sağlamlığımız üçün zərərlidir. Yalnız kalori, duz və doymuş yağla zəngin deyil, həm də emal olunmuş qidalar bağırsaq sağlamlığımıza da zərər verə bilər. Yeni bir araşdırma göstərir ki, bu, qaraciyərə də mənfi təsir göstərə bilər.

Artıq çəki və çoxlu yağlı qidaların qəbul edilməsi nəticəsində yarana bilən qaraciyərdə yağ yığılması, alkoqolsuz yağlı qaraciyər xəstəliyi kimi də tanınan yağlı qaraciyər xəstəliyinə səbəb ola bilər. Bu vəziyyətin irəliləməsinə icazə verilərsə, qaraciyərdə çapıqlanmaya - sirroza - və hətta qaraciyər çatışmazlığına səbəb ola bilər.

Gündəlik kalorilərinin 20 faizi və ya daha çoxunu fast food-dan qəbul edən piylənmə və ya diabet xəstələrində qaraciyər yağı səviyyəsi daha az fast food qəbul edənlərə və ya heç qəbul etməyənlərə nisbətən xeyli yüksəkdir.

"Sağlam qaraciyərdə az miqdarda yağ olur, bu, adətən beş faizdən azdır və hətta yağın orta dərəcədə artması da alkoqolsuz yağlı qaraciyər xəstəliyinə səbəb ola bilər. Piylənmə və ya diabet xəstələrində qaraciyər yağının əhəmiyyətli dərəcədə artması xüsusilə diqqət çəkir, çünki bu xəstəliklər onları qaraciyərdə yağ yığılmasına daha çox həssas edir".

Tədqiqat həmçinin karbohidrat və yağ baxımından zəngin olan nisbətən az miqdarda fast food-un qaraciyərə zərər verə biləcəyini aşkar edib:

"İnsanlar gündə bir dəfə fast food restoranında yemək yeyirsə, heç bir zərər vermədiklərini düşünə bilərlər." Lakin, əgər bu tək yemək onların gündəlik kalorilərinin beşdə birini təşkil edirsə, qaraciyərini riskə atırlar."

Aygün Musayeva


Избранный
59
1
medicina.az

2Источники