RU

Tramp: İran Hörmüz boğazına aid qərarları ilə ABŞ-ni şantaj edə bilməyəcək

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazına aid qərarları ilə Birləşmiş Ştatları şantaj edə bilməyəcəyini iddia edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə bildirib.

"İran tərəfi Hörmüz boğazını yenidən bağlamaq istəyirdi, lakin bizi şantaj etmək alınmayacaq", - o qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə Parlament sədri Məhəmməd Bağır Qalibaf, Amerika nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqtonda bildirildiyi kimi, tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər.

Избранный
23
5
ikisahil.az

7Источники