RU

De Laurentiis Konte ilə təcili görüş keçirəcək

"Napoli" klubunun prezidenti Aurelio De Laurentiis baş məşqçi Antonio Konte ilə görüş keçirməyi planlaşdırır.

 90deqiqe.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki,  De Laurentiis görüşü mövsümün sonuna deyil, gələn həftəyə təyin edib.

Görüşdə klubun idman direktoru Covanni Manna və baş direktor Andrea Kavyelli də iştirak edəcək.

Qeyd edək ki, De Laurentiis daha əvvəl Konteyə İtaliya milli komandasına baş məşqçi təyinatı ilə bağlı mane olmayacağını bildirmişdi.Mütəxəssisin klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Избранный
22
90deqiqe.az

1Источники