RU

Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı

Avtomobildən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Yasamal rayonu ərazisində bir nəfərə məxsus "Ford" markalı avtomobildən 650 manat pul və 790 manat dəyərində mobil telefon oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı R.Novruzov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Избранный
24
11
buta.tv

10Источники