Avtomobildən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu ərazisində bir nəfərə məxsus "Ford" markalı avtomobildən 650 manat pul və 790 manat dəyərində mobil telefon oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı R.Novruzov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.