
Bakıda bədbəxt hadisə baş verib.
AFN.az xəbər verir ki, Nərimanov rayonunda 3 yaşlı uşaq pəncərədən yıxılaraq dünyasını dəyişib.
Hadisə aprelin 17-si saat 14 radələrində, azyaşlının yaşadığı Həsən Əliyev küçəsindəki evdə qeydə alınıb. 2023-cü il təvəllüdlü Etibar Qafarov binanın 4-cü mərtəbəsindən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən müvafiq araşdırmalar aparılır.
Mütəxəssislər valideynləri azyaşlı uşaqların pəncərə və balkonlara çıxışının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırır.