RU

İranın uranı Çinə veriləcək? Pekindən təklif

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çin Yaxın Şərqdəki münaqişənin diplomatik yolla həlli səylərinin bir hissəsi olaraq İranın zənginləşdirilmiş uranın saxlanması və ya təkrar emalı üçün qəbul etməyə hazır olduğunu bildirib. 

“AzPolitika” xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi Pekinin mövqeyi ilə tanış olan diplomatik mənbələrə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, köçürmə təxminən 440 kiloqram yüksək dərəcədə zənginləşdirilmiş uranı əhatə edir. Pekin ya materialı fiziki olaraq saxlanması üçün öz ərazisinə daşımağı, ya da onu qarışdıraraq zənginləşdirməni mülki enerji istifadəsi üçün uyğun səviyyəyə endirməyi düşünür.

Daha əvvəl Vladimir Putin müharibəyə son qoymaq üçün mümkün razılaşmanın bir hissəsi olaraq İrandan Rusiyaya təxminən 450 kiloqram zənginləşdirilmiş uranın daşınmasını təklif etmişdi. Lakin ABŞ bu təklifi rədd edib. Ağ Ev İranın uranını öz nəzarətinə götürməkdə israrlıdır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
30
azpolitika.info

10Источники