İran zənginləşdirilmiş uranı ABŞ-yə göndərməyi planlaşdırmır.
News365.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.
Onun sözlərinə görə, bu məsələ Tehran və Vaşinqton arasında aparılan danışıqların mövzusu deyil. Xətibzadə qeyd edib ki, tərəflər arasında müəyyən mesaj mübadiləsi baş tutub, lakin ABŞ tərəfindən irəli sürülən tələblər İran üçün qəbuledilməz dərəcədə sərtdir.