RU

Lemparddan möhtəşəm qayıdış

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

İngiltərə futbolunun əfsanəsi Frenk Lempard məşqçi kimi ilk böyük zəfərinə imza atıb.

Futbolpress.az xəbər verir ki, onun rəhbərlik etdiyi “Koventri Siti” EFL Çempionşipinin qalibi olaraq Premyer Liqaya yüksəlib.

Son turda səfərdə “Blekbern Rovers” ilə 1-1 hesablı heç-heçə edən “Koventri Siti” xallarını 86-ya çatdıraraq vaxtından əvvəl çempionluğunu elan edib. Bu nəticə ilə komanda 25 illik fasilədən sonra yenidən İngiltərənin elit divizionuna qayıdıb.

47 yaşlı mütəxəssis karyerasının ilk məşqçilik kubokunu qazanıb. Matçdan sonra verdiyi müsahibədə Lempard göz yaşlarını saxlaya bilməyib.

​”Koventri Siti” bu mövsüm Premyer Liqaya vəsiqə qazanan ilk komanda olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
futbolpress.az

1Источники