Bakı. Trend:
V Antalya Diplomatiya Forumu çərçivəsində “Bağlantıda yeniimkanlar” mövzusunda panel iclas keçirilib.
Trend xəbərverir ki, paneldə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrənümayəndəsi Elçin Əmirbəyovun, Şimali Makedoniyanın xarici işlər vəxarici ticarət naziri Timço Mucunskinin, Türkiyənin xarici işlərnazirinin müavini Berris Ekincinin və Avropa İttifaqı XariciFəaliyyət Xidmətinin Qərbi Avropa üzrə icraçı direktorunun müaviniEmanuele Giaufretin mövzu ilə bağlı fikirləri dinlənilib.
Toplantıda çıxış edən Elçin Əmirbəyov Azərbaycanın geosiyasimövqeyinin, strateji keçid yolu üzərində yerləşməsinin ixracınşaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini daha da ön planaçıxarmasına diqqət çəkib.
“Orta Dəhliz qitələrarası nəqliyyat dəhlizidir və bəlkə də, ikiqitəni birləşdirən ən qənaətli, təhlükəsiz, qısa marşrutdur. Eynizamanda, bu şaxələndirməni artırır. Hesab edirəm ki, bazardəyişkənliyi, geosiyasi qeyri-sabitlik və gərginlik Orta Dəhlizinəhəmiyyətini daha da artırır. Əvvəllər bu, sadəcə, alternativvariantlardan biri idisə, hazırda mövcud vəziyyətdən çıxış üçüngetdikcə daha vacib bir yol halına gəlib”, - deyə o bildirib.
Daxil olduğumuz regionun onilliklər boyu münaqişələr, bağlısərhədlər və parçalanma ilə yadda qaldığını qeyd edən ElçinƏmirbəyov Azərbaycanın artıq öz ərazi bütövlüyünü və suverenliyinibərpa etdiyini, bundan sonra qonşu Ermənistanla faktiki sülhşəraitində yaşadığını və bunun yeni imkanlar yaratdığınıvurğulayıb. O deyib: “Bu imkanlar Ermənistan və Azərbaycanlayanaşı, ümumilikdə region ölkələri arasında müsbət qarşılıqlıasılılıqlar yaradır. Hesab edirəm ki, bu cür qarşılıqlı əlaqə vəasılılıq sülh üçün ən yaxşı təminatlardan biridir, çünki bu, əsl“qazan-qazan” vəziyyətidir”.
Digər çıxışçılar qlobal ticarət yolları və infrastrukturlayihələri haqqında danışıblar. Bildirilib ki, bu layihələrin tampotensialını üzə çıxarmaq üçün texniki, hüquqi və investisiya iləbağlı çətinliklərin çoxtərəfli əməkdaşlıq vasitəsilə həll edilməsizəruridir.