Antalya Diplomatiya Forumu çərçivəsində Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşüb.
AzNews.az xəbər verir ki, bu barədə Pakistan XİN-in X hesabında bildirilib.
Tərəflər regional proseslərlə bağlı məhsuldar müzakirələr aparıb, Pakistan və Azərbaycan arasında mövcud yaxın və qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.