RU

“ABŞ blokadası davam edənə qədər Hörmüz bağlı qalacaq” SEPAH

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün SEPAH ABŞ-nin davam edən dəniz blokadasına cavab olaraq Hörmüz boğazının bağlandığını açıqlayıb.

SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfüqari bildirib ki, Hörmüz boğazı üzərində nəzarət əvvəlki rejimə qaytarılıb və bu strateji keçid artıq İran Silahlı Qüvvələrinin “ciddi nəzarəti altındadır”.

Zülfüqari qərarın ABŞ-nin blokadanı davam etdirməsi ilə əlaqədar verildiyini qeyd edib. Onun sözlərinə görə, boğazın bağlanması İranın təhlükəsizlik tədbirlərinin bir hissəsidir.

SEPAH rəsmisi əlavə edib ki, ABŞ blokadanı qaldırmayana qədər bu vəziyyət dəyişməyəcək və Hörmüz boğazında mövcud məhdudiyyətlər qüvvədə qalacaq. 

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
50
azpolitika.info

10Источники