RU

Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir

Ötən həftə “Araz-Naxçıvan”da rəhbər dəyişikliyi olacağını yazmışdıq. Xatırladaq ki, Ceyhun Sultanov saytımıza açıqlamasında klubun yeni prezidenti olacağını, bunun üçün lazım olan sənədlərin hazırlandığını demişdi.

Prosesin hazırda hansı mərhələdə olduğunu öyrənmək məqsədilə yenidən Ceyhun bəylə əlaqə saxladıq. O, “Football-plus.az”a açıqlamasında müvafiq sənədlərin hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim edildiyini dedi. Yəni hadisələrin bundan sonrakı axarı nazirlikdən asılıdı.

Qeyd edək ki, “Araz-Naxçıvan”ın indiki prezidenti Ramin Axundovdu. O, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdı. “RR Caspi” MMC-nin rəhbəri olan Ramin Axundovun qaçaqmalçılıq və digər cinayətlər üzündən axtarışdadı. Mediada onun istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiyi haqda xəbərlər tirajlanır.

KƏNAN BAHADIR

Избранный
33
1
football-plus.az

2Источники