RU

“Qarabağ” “Sabah”a, “Karvan-Yevlax” “Şamaxı”ya qarşı

Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

Publika.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

“Karvan-Yevlax” “Şamaxı”nı qəbul edəcək. Yevlaxda keçiriləcək oyunun baş hakimi Emin Əliyev olacaq.

Turun mərkəzi oyununda isə “Qarabağ” lider “Sabah”ı sınağa çəkəcək. Çempionluq yolunda böyük önəm daşıyan bu görüşü Elçin Məsiyev idarə edəcək.

Daha öncə “Araz-Naxçıvan” “Turan Tovuz”a uduzub (0:3), “Zirə” – “Neftçi” matçında qalib müəyyənləşməyib – 1:1. “Kəpəz” – “İmişli” və “Sumqayıt” – “Qəbələ” oyunları sabah keçiriləcək.

Избранный
5
50
publika.az

10Источники