Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha 2 oyunu keçiriləcək. Metbuat.az xəbər verir ki, günün ilk matçı Yevlaxda "Karvan-Yevlax"la "Şamaxı" arasında olacaq. Görüş saat 15:30-da başlayacaq.Hazırda meydan sahibi komanda 11 xalla sonuncu - 12-ci, qonaqlar isə 32 xalla 8-ci pillədə qərarlaşıb.Günün digər qarşılaşması isə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Çempionluq uğrunda mübarizə aparan "Qarabağ" və "Sabah" mərkəzi arenada üz-üz gələcək. Prinsipial oyun saat 19:30-da başlayacaq.Bakı klubu 66 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən bir oyun az keçirən Ağdam təmsilçisi isə 56 xalla 2-ci sırada yer alıb.Qeyd edək ki, XXVIII turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı 3:0 hesabı ilə məğlub edib, "Zirə" - "Neftçi" matçında isə qalib müəyyənləşməyib. Tura aprelin 19-da yekun vurulacaq.