RU

"Bakı–Tbilisi–Qars və Orta Dəhliz bazara çıxışın onurğa sütununa çevrilib"

BAKI, 18 aprel. TELEQRAF

Bakı–Tbilisi–Qars xətti və Orta Dəhliz artıq bazara çıxışın onurğa sütununa çevrilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Ayşə Berris Ekinci Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Əlaqələr sahəsində yeni imkanlar" mövzusundakı panel sessiyada çıxışı zamanı bildirib.

O bildirib ki, Türkiyədən cənub istiqamətdə 1,5 milyard insana və 33 trilyon dollarlıq bazarlara çıxış əldə etmək mümkündür:

"Əlimizdə olan məlumatlara əsasən bunu müzakirə etdik. Biz də bu göstəricilərə dayanaraq öz infrastrukturumuzu qurmağa başladıq və bu proses illərdir davam edir. Bu istiqmaətdə daha əvvəl gözlənilməyən investiyalar da həyata keçirildi".

Избранный
38
teleqraf.com

1Источники