RU

"Ford" bir milyondan çox avtomobilini geri çağırır - SƏBƏB

Ford Motor Company ABŞ-də transmissiyanın idarəetmə modulunda aşkar edilən proqram təminatı problemi səbəbindən təxminən 1,4 milyon Ford F-150 markalı avtomobilini geri çağırmaq qərarı verib.

Milli.Az xəbər verir ki, məlumatı National Highway Traffic Safety Administration yayıb.

Bildirilib ki, proqram təminatındakı nasazlıq avtomobil hərəkətdə olarkən ötürmənin qəfil ikinci sürətə keçməsinə səbəb ola bilər.

Bu isə sürücünün nəzarəti itirməsi və qəza riskinin artması ilə nəticələnə bilər.

Şirkət problemi aradan qaldırmaq üçün avtomobillərin proqram təminatını yeniləməyi planlaşdırır.

Milli.Az

Избранный
16
milli.az

1Источники