RU

Məşhur repçi qətl şübhəsi ilə həbs edildi

Amerikalı repçi D4vd 15 yaşlı Rivas Hernandez adlı qızın qətli ilə bağlı şübhəli şəxs qismində saxlanılıb.

Kulis.az xəbər verir ki, o, girov qarşılığında azadlığa buraxılmadan həbsdə saxlanılır.

Məlumata görə, Hernandezin qalıqları sentyabrın əvvəlində repçiyə məxsus avtomobildə tapılıb. Bildirilir ki, 2024-cü ildə itkin düşən yeniyetmə ilə D4vdnin sağ əllərinin şəhadət barmağında “Tss…” yazılı eyni döymə olub. Qətl baş verən zaman qızın 14 yaşı olduğu qeyd edilir. Ölüm səbəbi isə hələlik açıqlanmayıb. Ailəsi onu sonuncu dəfə 2024-cü ilin aprelində görüb.

Repçinin vəkilləri isə onun günahsız olduğunu və bu iddialara qarşı hüquqi mübarizə aparacaqlarını bildiriblər.

Избранный
22
1
kulis.az

2Источники