RU

Bitcoin 77 min dolları keçdi – səbəb Hörmüz boğazıdır

Kriptovalyuta bazarında diqqətçəkən artım qeydə alınıb.

Musavat.com xəbər verir ki, Bitcoin-in qiyməti İranın Hörmüz boğazını yenidən açmasından sonra 77 min dollar həddini keçib.

Məlumata görə, rəsmi Tehranın boğazı kommersiya gəmiləri üçün açıq elan etməsi qlobal bazarlarda gərginliyi azaldıb. Bu addım dərhal maliyyə bazarlarına təsir göstərib – neft ucuzlaşıb, fond indeksləri yüksəlib.

İqtisadçılar bildirir ki, risklərin azalması investorları yenidən yüksək gəlirli aktivlərə yönəldib. Bu fonda kriptovalyutalara maraq artıb və Bitcoin son həftələrin ən yüksək səviyyəsinə yüksəlib.

"Cebheinfo.az" 

Избранный
1
2
cebheinfo.az

10Источники