AZ

"Bitcoin”in qiyməti 71 min dollardan aşağı enib

Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə eniş müşahidə edilib.

"Cebheinfo.az" xəbər verir ki, bazarın ümumi kapitallaşması 0,46% azalaraq 2,42 trilyon dollara düşüb.

Lider kriptovalyuta olan “Bitcoin”in qiyməti 0,74% azalaraq 70 962 dollar təşkil edib. Bununla belə, həftəlik müqayisədə “Bitcoin”in qiyməti 2,64% artım göstərib.

İlk onluqda yer alan digər kriptovalyutalara gəldikdə, “Ethereum”un qiyməti son sutkada 0,92% azalaraq 2 192 dollar olub, “BNB”nin qiyməti isə 0,14% artaraq 595 dollar səviyyəsində qərarlaşıb.

Eyni dövrdə “Bitcoin Cash”in qiyməti 0,42% artaraq 425 dollar, “Monero”nun qiyməti 2,25% artaraq 347 dollar olub.

Bazarda ən diqqətçəkən artım isə “Zcash”də qeydə alınıb. Belə ki, bu kriptovalyutanın qiyməti son 24 saatda 0,87%, son 7 gündə isə 43,39% artıb.

Əksinə, “Bittensor”un qiyməti son sutkada 1,15%, son 7 gündə isə 18,49% azalıb.

Qızıl ilə təmin olunan tokenlər də diqqət çəkib. “PAX Gold”un qiyməti 0,29% azalaraq 4 700 dollar, “Tether Gold”un qiyməti isə 0,29% azalaraq 4 691 dollar olub.

Qeyd edək ki, bazarda son enişə baxmayaraq, “Bitcoin”in qiymətinin yüksək səviyyədə qalması əsasən Yaxın Şərqdə gərginliyin qismən azalması və ABŞ-la bağlı geosiyasi risklərin yumşalması fonunda investorların risk aktivlərinə marağının artması ilə izah olunur. Bununla yanaşı, bəzi investorların qızıl və qızıla əsaslanan kriptovalyutalara keçidi də qiymətləri dəstəkləyən əsas amillərdən biri kimi qiymətləndirilir.

"Cebheinfo.az"

Seçilən
0
3
cebheinfo.az

4Mənbələr