RU

İranda nəzarət məntəqələrində “SEPAH“ tərəfindən iki gənc öldürüldü...

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

Son həftələrdə İranda nəzarət məntəqələrində “Bəsic” və SEPAH qüvvələri tərəfindən azı iki gəncin öldürüldüyü bildirilir.

Moderator.az "Azad İran" telegram-kanalına istinadla xəbər verir ki, mənbələrin bildirdiyinə görə, qurbanlardan biri İsfahan əyalətinin Şahinşəhr şəhərindən olan Mürtəza Mədədidir. O, martın 8-də “Bəsic” nəzarət məntəqəsində açılan atəş nəticəsində sinəsindən vurularaq həyatını itirib. Məlumata əsasən, ailəsi hadisə ilə bağlı hüquqi addımlar atmağa çalışdıqdan sonra təzyiq və təhdidlərlə üzləşib.

Digər bir hadisə isə Mazandaran əyalətinin şimalında yerləşən Ramsər şəhərində yaşanıb. Bir gənc nəzarət məntəqəsində saxlanıldıqdan və yoxlama zamanı etiraz etdikdən sonra həyatını itirib.

Yerli məlumatlara görə, o, “Bəsic” qüvvələri tərəfindən elektroşok cihazı ilə hücuma məruz qalıb və hadisə yerində ürək dayanmasından ölüb.

Mənbələr əlavə edib ki, bu şəxsin ailəsinə də hadisəni ictimailəşdirməməsi üçün təzyiq göstərilib.

Digər mənbələrin bildirdiyinə görə, hər iki gənc milliyyətcə bəluc olub.

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
moderator.az

2Источники