RU

Qazaxıstan 2050-ci ilədək azı üç AES inşa edəcək

Astana, 18 aprel, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2050-ci ilədək atom sənayesinin inkişaf strategiyasını təsdiqləyib.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, sənədə əsasən, 2050-ci ilədək ölkədə azı üç atom elektrik stansiyası fəaliyyət göstərəcək. Birinci AES layihəsinin icrasına artıq başlanılıb, ikinci stansiyanın tikintisi baxılma mərhələsindədir, üçüncü üçün isə kiçik modul reaktor texnologiyalarının tətbiqi imkanları araşdırılır.

Strategiya enerji təhlükəsizliyinin təmin olunmasına, iqlim öhdəliklərinin yerinə yetirilməsinə və Qazaxıstanın qlobal nüvə sənayesində mövqelərinin möhkəmləndirilməsinə yönəlib.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Избранный
35
azertag.az

1Источники