RU

Azərbaycan yığmasından qovulan baş məşqçini mükafata layiq gördülər

Azərbaycan millisinin sabiq baş məşqçisi Fernandu Santuş ölkəsi Portuqaliyada mükafata layiq görülüb.

Sportinfo.az-ın yerli mətbuata istinadən xəbər verir ki, təcrübəli mütəxəssisə Portuqaliya Yepiskoplar Konfransı tərəfindən “Həyat Ağacı” mükafatı təqdim olunub.

Qurum Portuqaliya yığmasına 2016-cı ildə Avropa çempionluğunu, 2019-cu ildə isə Millətlər Liqasını qazandıran Santuşun “xristian humanizmini” və nümunəvi karyerasını əsas götürüb.

Bildirilib ki, münsiflər heyəti seçim edərkən 71 yaşlı çalışdırıcının həyat yolunu daim istiqamətləndirən səmimiyyətini və xristian humanizminə yönəlmiş bağlılığını nəzərə alıb.

40 illik məşqçi təcrübəsi olan Fernandu Santuş 2024-2025-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib.

Избранный
19
sportinfo.az

1Источники