RU

Bakının havası dəyişir, buna öyrəşməliyik -

Azərbaycanda vəziyyət tamam dəyişib, normadan artıq yağıntılar düşür. Buna öyrəşməliyik, artıq havalar belə olacaq. Çünki, ölkə ərazisində 70-80-ci illərdəki uzun müddət davam edən quraqlıqdan sonra artıq rütubətli dövr başlayır.Metbuat.az xəbər verir ki, bunu Elm və təhsil nazirliyinin Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev "Xəzər Xəbər"ə müsahibəsində bildirib. O deyir ki, buna misal olaraq, ölkəmizin ən quraq regionlarından olan Naxçıvanı göstərmək olar. Son 2-3 ildə Naxçıvanda yağıntının miqdarı 40 faiz artıb. Ekoloq Ənvər Əiyev bildirdi ki, təbiətin qaununauyğunluğu pozulmasa, rütubətli dövr 35-40 il davam edə bilər. Bunun nəticəsində Xəzər dənizində də suyun artıb əvvəlki səviyyəyə çatma ehitmalı böyükdür."Bizim quraqlıq dövründə kifayət qədər problemimiz oldu. Yağıntılar dövründə isə səth sularını anbarlara toplaya bilsək, kənd təsərrüfatı və məişətdə problemlərimiz olmayacaq",- deyə ekoloq bildirdi.Daha ətraflı videomaterialda:


Избранный
31
metbuat.az

1Источники