RU

"Neftçi" "Zirə" ilə heç-heçəETDİ

Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

63-cü dəqiqədə "ağ-qaralar"ın heyətində İmad Faraj fərqlənib. 90+5-ci dəqiqədə Brahim Konate "qartallar"ın bərabərlik qolunu vurub.

Xallarının sayını 44-ə çatdıran "Neftçi" beşinci pillədə qərarlaşıb. "Zirə" 45 xalla dördüncüdür.

Günün ilk görüşündə "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq.

Избранный
11
5
redaktor.az

7Источники